Elmira Süleymanovanın yenidən ombudsman seçilməsində ciddi problem yaranıb

img

26-05-2009 [09:00]


Milli Məclisin bu günkü iclasında ?Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında? Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə? qanun layihəsində bir sıra dəyişikli klər edilib. Təklif olunan dəyişikliyə əsasən, ombudsmanın səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur. Bundan başqa, yeni dəyişikliyə əsasən eyni şəxs hər dəfə 7 il olmaqla 2 dəfə müvəkkil seçilə bilər. Başqa bir dəyişikliyə əsasən, səlahiyyət müddəti bitmiş ombudsman yenisi seçilənədək vəzifəsinin icrasını davam etdirməlidir. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bu dəyişikliklərin hüquqi dövlət quruculuğuna xidmət etdiyini bildiriib. Bir sıra müxalifətçi deputatlar isə etirazlarını bildiriblər. Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn deyib ki, dəyişiklikləri təklif edən 60-dan artıq deputat bu addımlarını əsaslandırmalıdır. P.Hüseyn dəyişikliklər təşəbbüsü ilə çıxış edən həmkarlarının yazılı izahat verməsini istəyib: ?Bu addımın hansı zərurətdən atıldığı məlum deyil. Buna nə zərurət vardı, bunu izah edin?. Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə ?Bir ölkədə ki, nazirlər 10-15 il işləyir, onda ombudsmanın səlahiyyət müddəti niyə uzadılmasın?? deyərək dəyişiklikləri dəstəkləyib. Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə qanuna təklif olunan dəyişikliklərin hansı zərurətdən ortaya atıldığının məlum olmadığını vurğulayıb: ?Dəyişmək zərurəti nədən yaranıb, niyə dəyişirik? Məsələnin mahiyyəti izah olunmalıdır. Dünyada başqa təcrübələr də var, niyə ondan istifadə etmirik? Dünya təcrübəsində var ki, ictimai institutların hamısında müxalifət nümayəndələri təmsil olunur. Niyə Azərbaycan müxalifətinin nümayəndələri Əfv Komissiyasında, Korrupsiyaya qarşı Mübarizə Komissiyasında, Neft Fondunun Müşahidə Şurasında təmsil olunmur? Təcrübədir, bundan da istifadə edin?. İ.Ağazadə hazırkı ombudsman Elmira Süleymanova öz vəzifəsini yerinə yetirə bilmədiyini də vurğulyaıb: ?Bu məsələdə uyğunsuzluq var. Çünki bu qanun konstitusiya qanunu olduğuna görə 6 aydan sonra təkrar səsverməyə çıxarılmalı və bundan sonra qüvvəyə minməlidir. İyulda isə indiki ombudsmanın səlahiyyət müddəti bitir. Arada yaranan boşluq necə həll olunacaq? Bu məsələ açıq qalır?. Müxalifətin narazılığına baxmayaraq Konstitusiya Qanununun layihəsi səs çoxluğu ilə qəbul olunub. İlk baxışda belə görünə bilər ki, bununla Elmira Süleymanovanın yenidən ombudsman olmaq şansı yarandı. Amma nəzərə almalıyıq ki, "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanun konstitusiya qanunu olduğuna görə altı aydan sonra ikinci dəfə səsverməyə çıxarılmalıdır. Elmira Süleymanovanın səlahiyyət müddəti isə iyulun 2-də isə başa çatır. Qanunla ombudsmanın səlahiyyətlərinin bitməsinə 30 gün qalmış prezident Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim etməli və parlament 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar çıxarmalıdır. Onun üçün də bu dəyişikliyinin E.Süleymanovaya aid edilməsi ciddi qanun pozuntu olardı. Elə Ana Vətən Partiyası sədrinin birinci müavini, deputat Zahid Oruc isə qeyd edib ki, təklif olunan dəyişiklikləri hazırkı indiki ombudsmana aid etmək mümkün deyil: ?Çünki konstitusiya buna imkan vermir?. Birinci vitse-spiker Ziyafət Əsgərovun ?Biz hazırda qüvvədə olan qanunla hərəkət edəcəyik. Yeni ombudsmanın seçilməsi ilə bağlı altı aylıq boşluq problemi yaranmayacaq. Hazırkı ombudsmanın səlahiyyət müddəti iyulun əvvəlində bitir. Qanunda edilən dəyişiklik ikinci ombudsmanın fəaliyyətə başlamasından sonrakı münasibətlərin tənzimlənməsinə aiddir. Ona görə də narahatlığa əsas yoxdur? deməsidə ondan xəbər verir ki, E.Suleymanoavanın yenidən bu vəzifəyə seçilməsini istəməyənlər çoxluqdadırlar. Amma iqtidar deputatları arasında vahid mövqeyin olmadığı da nəzərə çarpıb. Onların bəziləri 6 ay ərzində yeni ombudsman seçilməyəcəyini və qanun layihəsinin ikinci oxunuşda qəbulundan sonra E.Süleymanovanın vəzifəyə təsdiqini də istisna etməyiblər. Onlar ?Söhbət E.Süleymanovadan getmirdisə onda nə üçün tələm-tələsik qanun dəyişdirilir? deyərək məsələnin həddən artıq ziddiyyətli oldığını dilə gətiriblər. Hələlik isə fakt ondan ibarətdir ki, Elmira Süleymanovanın yenidən ombudsman seçilməsində ciddi problem yaranıb Daha sonra Əli Hüseynov ?Polis haqqında? Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə? qanun layihəsi haqqında ətraflı məlumat verib. Qanuna təklif olunan əlavədə göstərilir ki, yaşayış yeri üzrə ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı yaranan sosial problemlərin birgə həlli üçün ayrı-ayrı şəxslər könüllülük əsasında polis orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi işinə cəlb edilə bilərlər. İctimai asayişin və təhlükəsizliyin təmin olunmasında könüllü olaraq iştirak edən şəxslərin fəaliyyətinin əlaqələndirilməsi üçün yerli polis orqanlarının yanında ictimai şuralar yaradıla bilər. İctimai asayişin və təhlükəsizliyin təmin olunması üzrə könüllü ictimai fəaliyyət hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısının alınması məqsədi ilə maarifləndirmə və təbliğat işinin aparılması, narkomaniyanın və alkoqolizmin, həmçinin yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasını və araşdırılmasını təmin etmək məqsədi ilə zəruri məlumatların polis orqanlarına verilməsi istiqamətində həyata keçirilə bilər. Layihəyə əsasən, ictimai asayişin və təhlükəsizliyin təmin olunması üzrə könüllü ictimai fəaliyyətə cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər cəlb edilə bilməzlər. Sonda qanun layihəsi səs çoxluğu ilə qəbul olunub. ?Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında? qanun layihəsinin müzakirəsi zamanı bildirilib ki, sənədə edilən redaktə xarakterli düzəlişlər iş prosesində hakimlər və vətəndaşlar üçün faydalı olacaq, müxtəlif səpkili mübahisəli halların aradan qaldırılmasına xidmət edəcək. ?Dövlət qulluğu haqqında? Qanuna təklif olunan əlavəyə görə, bundan sonra miqrasiya xidməti sahəsində çalışanlar da dövlət qulluqçusu sayılacaq və bu qanun həmin orqanın aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə də şamil ediləcək. Parlament qanuna təklif olunan dəyişikliyi məqsədəuyğun sayıb. İclasda, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, ?Banklar haqqında? və ?Azərbaycan Respublikasının Milli Bankı haqqında? qanunlara əlavələr və dəyişiklik edilb. Bildirilib ki, həmin qanunlara edilən əlavələrdə bank əmanəti, bank hesab müqaviləsi, nağd və nağdsız hesablaşmalar, Mərkəzi Bankın funksiyaları, kredit təşkilatları ilə münasibətlərin əsas prinsipləri, lisenziyalaşdırma, tənzimləmə və nəzarətə dair maddələrə bir sıra redaktə xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulub. Deputatlar qanun layihəsini dəstəkləyiblər. İclasda ?Saxta və ya keyfiyyətsiz malların idxal edilməsinə, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında? qanun layihəsinə də baxılıb. Məlumat verilib ki, gömrükdən keçərkən malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya yanlış bəyan edilməsi hallarına görə cərimələrin məbləği xeyli artırılıb. Belə faktlar aşkarlandıqda fiziki şəxslər 20 manatdan 50 manatadək, vəzifəli şəxslər 70 manatdan 100 manatadək, hüquqi şəxslər 150 manatdan 250 manatadək məbləğində cərimə ediləcəklər. Həmçinin gömrük nəzarəti zonası rejiminin pozulmasına görə cərimələrin məbləği fiziki şəxslər üçün manatla 20-dən 50-dək, vəzifəli şəxslər üçün 100-dən 200-dək, hüquqi şəxslər üçün 250-dən 500-dək nəzərdə tutulur. Yeni layihəyə görə, malların saxlanca qoyulması və onların saxlanma qaydasının və müddətlərinin müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilmədiyi hallar üçün mövcud qanunvericilikdə nəzərdə tutulmuş cərimələrin məbləği xeyli artırılıb. Deputatlar birbaşa istehlakçıların sağlamlığı ilə bağlı olan bu məsələyə diqqət yetirilməsinin vacibliyini önə çəkmiş, vətəndaşların sağlamlığına təhlükə törədən saxta və keyfiyyətsiz malların ölkəyə gətirilməsinin qarşısının alınması üçün cərimələrin artırılmasını məqsədəuyğun sayıblar. Layihə səsə qoyulub və qəbul edilib. ?Gömrük orqanlarında xidmət haqqında Əsasnamə?yə təklif olunan əlavədə isə deyilir ki, xidməti vəzifəsini yerinə yetirən gömrük orqanının vəzifəli şəxsi həlak olduqda, yaxud vəfat etdikdə, yaralanma, kontuziya tipli xəsarət aldıqda və ya əmlakına zərər vurulduqda ona birdəfəlik müavinətin verilməsi və maddi zərərin ödənilməsi müvafiq qanunvericilikdəki qaydada həyata keçirilir. Milli Məclis bu qanun layihəsini də səs çoxluğu ilə qəbul edib. Sonda ?Azərbaycan Respublikası Füzuli rayonunun ərazisində Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin yaradılması haqqında? qanun layihəsi müzakirə olunub. Parlamentin regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, layihədə Füzuli rayonunun Birinci Zobucuq və İkinci Zobucuq qəsəbələrini əhatə edən Birinci Zobucuq bələdiyyəsinin və Üçüncü Zobucuq, Dördüncü Zobucuq və Beşinci Zobucuq qəsəbələrini əhatə edən Beşinci Zobucuq bələdiyyəsinin yaradılması nəzərdə tutulub. Fikir mübadiləsindən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub. Sonra regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ?Azərbaycan Respublikasının bəzi bələdiyyələrinin birləşməsi haqqında? qanun layihəsini təqdim edib. Qanun layihəsinin müzakirəsi parlamentin növbəti iclasında davam etdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA