Mübariz Əhmədoğlu: ?ATƏT-in Minsk Qrupu buraxılmalıdır?

img

26-05-2009 [06:38]


?Tənzimlənmə prosesi virtual mərhələdən real mərhələyə keçid dövründədir. Münaqişənin tənzimlənməsində virtual mərhələni Azərbaycanın xeyrinə hesab etmək olar?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə (mia.az) açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu deyib. M.Əhmədoğlu bildirib ki, danışıqlar prosesində 5 rayonun deyil, Azərbaycanın işğal altında olan bütün ərazilərinin geri qaytarılması əsas müzakirə mövzusudur: ?Bir müddət öncə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza da bildirdi ki, onun ölkəsi 5 rayonun geri qaytarılması ilə bağlı müzakirələri faydalı hesab etmir. Mən də bu fikirdəyəm ki, istənilən halda Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalacaq. Ola bilsin ki, bu, ilkin mərhələdə formal xarakter daşısın. Amma tam əminliklə deyə bilərəm ki, sonrakı dövrdə proses Azərbaycanın xeyrinə çevriləcək?. Politoloq MİA-nın əməkdaşı ilə söhbətində ATƏT-in Misk Qrupunun buraxılmasının zəruri olduğunu bildirib: ?Mən Minsk Qrupunun mövcud tərkibinə etiraz etmirəm. ABŞ birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir. Hətta bu mövqeyinə görə, Amerikanı Azərbaycanpərəst də adlandırmaq da olar. Rusiya da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Kreml son vaxtlar bu mövqeyini bir neçə dəfə açıq şəkildə ortaya qoyub. Ermənipərəst saydığımız Fransa da münaqişənin həllində obyektiv mövqe nümayiş etdirir. Burda söhbət konkret qurumdan deyil, mexanizmdən gedir. Təəssüf ki, ATƏT-in Minsk Qrupunun Ermənistana təzyiq etmək imkanı yoxdur. Buna görə də ATƏT-in Minsk Qrupu buraxılmalı, Ermənistana təzyiq etmək üçün daha optimal variantlar tapılmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA