icra hakimiyyətilərinin izçiləri üçün təlimlər keçirilir

img

26-05-2009 [05:22]


Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yerli icra hakimiyyəti orqanları və mərkəzi icra hakimiyyəti orqanlarının regional bölmələrinin işçiləri üçün üçün təlimlər keçirib. Komissiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, təlimlərə Masallı, Lənkəran, Cəlilabad, Astara, Yardımlı, Lerik, Cəbrayıl, Salyan, Neftçala, Biləsuvar, Şirvan, Sabirabad, Saatlı və Hacıqabul rayonlarının icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində çalışan 153 rəhbər vəzifəli şəxs cəlb edilib. Təlimlərin iştirakçıları ilə dövlət qulluğu və kadr siyasəti sahəsinə aid məsələlərə dair fikir fikir mübadiləsi aparılıb. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya belə təlimləri digər regionlarda da keçirməyi planlaşdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA