QAT Qarabağ mövzusunda konfrans keçirib

img

26-05-2009 [04:26]


Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Atatürk Mərkəzində ?Qarabağ dünən, bu gün və sabah? mövzusunda elmi-praktik konfrans keçirib. Tədbiri açan QAT sədri Akif Nağı deyib ki, artıq uzun illərdi 28 may Respublika Günü ərəfəsində Qarabağ mövzusunda konfranslar keçirirlər: ?Bu, sayca səkkizinci konfransdır. Bugünkü tədbir əlamətdar bir tarixə ? Qarabağ general-qubernatorluğunun yaranmasının 90-cı ildönümünə təsadüf edir. Artıq ənənə halını almış bu konfranslarda ermənilərin son bir ildə yerli və dünya mətbuatında Azərbaycanın əleyhinə yazmış olduqları məqalələrə tutarlı elmi dəlillərlə cavab veririk?. Sonra tədbir iştirakçılarından Kamran İsmayılov ?Azərbaycanın Dağlıq Qarabağ bölgəsində suverenliyinin təmin edilməsində Qarabağ general-qubernatorluğunun rolu?, Əbdül Səfabəyli ?Qarabağ düyününün əlacı: şahmat variantı?, Tofiq Həsənov ?Zəngəzurun türk-müsəlman əhalisinə qarşı erməni təcavüzü (1906-cı il)?, Kərim Şükürov ?Qarabağ (Azərbaycan): fraqmentar baxışdan milli konsepsiyaya keçmək zərurəti haqqında? mövzusunda geniş məruzə ilə çıxış ediblər. Məruzələr ətrafında fikir mübadiləsi aparılıb. QAT sədri Akif Nağı məruzə və çıxışların Azərbaycan, rus və ingilis dillərində ayrıca kitab şəklində çap olunacağını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA