Prezident ilham Əliyev Gədəbəydə səfərdədir

img

26-05-2009 [02:38]


Prezident İlham Əliyev bü gün Gədəbəy rayonuna gedib. O,əvvəlcə rayon mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. İlham Əliyev Gədəbəyə səfəri çərçivəsində Aşıq Musiqi Məktəbinin təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı əvvəlcə ikimərtəbəli, klassik üslubda tikiləcək binanın layihəsi ilə tanış olub. Sonra prezident gilizi təmələ buraxıb. El aşıqları ilə söhbət edən dövlət başçısı onlarla xatirə şəkli çəkdirib. Dövlət başçısı 200 hektardan artıq ərazini əhatə edən Gədəbəy qızıl yatağının fəaliyyətə başlaması ilə bağlı mərasimdə də iştirak edib. Sonra Gədəbəy qızıl zavodunun açılışına qatılıb. Zavoda 4000-ə yaxın insan işlə təmin olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA