Bakı Şəhər icra Hakimiyyətindən ?28 may Resbulika Günü?nə ögey münasibət

img

26-05-2009 [02:29]


28 may Respublika Günü ilə bağlı ölkənin əksər siyasi partiyalar və ictimai təşkilatları müxtəlif tədbirlər planı hazırlayıblar. Həmin günü xüsusən müxalif düşərgə Azərbaycan Xalq Cumhuriyyətinin banilərindən olan Məmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsinin önünə toplaşacaqlar. Maraqlıdır, əlamətdar günə iki gün qalıb. Görəsən, bu dəfə rəsmi dairələr tədbirlər keçirəcəkmi? Və ya Bakı Şəhər İcra Hakimiyyəti Resupblika Günü ilə bağlı hansı tədbirləri düzənləyib? Bununla bağlı Bakı Şəhər icra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin rəhbəri Nurənə Mərdanova Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bu barədə məlumatsız olduğunu deyib: ?28 May Respublika Günü ilə bağlı tədbirin keçirilməsi hələ məlum deyil?. Xidmət rəhbərinin sözlərindən belə anlaşılıb ki, rəsmi qurumlar sözügedən tarixdə xüsusi tədbirlər keçirmək niyyətində deyillər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA