Bayılda 150 ailənin köçürülməməsinin səbəbi aydınlazdı

img

26-05-2009 [01:49]


[b]Səbail Rayon İcra Hakimiyyəti Nazirlər Kabinetinin qərarını gözləyir[/b] 2000-ci ildə Bayıl qəsəbəsində baş verən sürüşmədən sonra təhlükə qarşısına qalan evlərin və əhalinin tam tərkibdə köçürülməsi, Nazirlər Kabinetinin kompensasiya ilə bağlı qərarının hələ də olmaması səbəbindən ləngiyir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Səbail Rayon İcra Hakimiyyətinin (İH) şöbə müdiri İsrafil Kərimov məlumat verib. Onun sözlərinə görə, hazırda 150 ailənin köçürülməsi ilə bağlı Nazirlər Kabinetinin qərarını gözləyirlər: ? Əvvəla, qeyd edim ki, sözügedən ərazi 3 zonadan ibarətdir: birinci, ikinci və üçüncü dərəcəli təhlükə zonaları. Sürüşmə hadisəsindən sonra oradan 144 ailə köçürülüb. Hazırda təhlükə zonasında 150-yə yaxın ailə yaşayır. Onların köçürülməsi ilə üçün Nazirlər Kabineti nəzdində yaradılmış xüsusi komisiyanın qərarını gözləyirik. Qərar konpensasiya məsələsinin həlliylə bağlı olacaq. Bu qərardan sonra 150 ailənin hansı şərtlər altında köçürüləcəyi məlum olacaq. Tərəfimizdən Bakı Şəhər İcra Hakimiyyətinə və sözügedən Komisiyaya müraciət olunub. Ötən ilin sonunda İcra Hakimiyyəti tərəfindən ərazidə invertarlaşdırma aparılıb və oradakı vəziyyət müəyyən olunub?. Şöbə müdiri onu da deyib ki, sürüşmə zonasında dövlət komisiyasının mütəxəssisləri tərəfindən xüsusi mayaklar quraşdırılıb və onun vasitəsilə gündəlik həmin əraziyə nəzarət edilir: ?Hələki mayakların göstəricisinə əsasən yeni sürüşmə hadisəsi qeydə alınmayıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA