Azərbaycan iqtidarı bələdiyyələrin sayını kəskin zəkildə azaldır

img

25-05-2009 [07:48]


Milli Məclisin regional məsələlər komitəsinin mayın 25-də keçirilən iclasında bəzi bələdiyyələrin birləşədirilməsi, bəziləri isə ləğv olunması ilə bağlı hazırlanmış qanun layihəsi müzakirə olunub. İclasda əvvəlcə ?Azərbaycan Respublikasının Füzuli rayonunun ərazisində Birinci Zobuncuq və Beşinci Zobuncuq bələdiyyələrinin yaradılması haqqında? qanun layihəsi müzakirə olunub. Komitə sədri Arif Rəhimzadə qeyd edib ki, layihədə Füzuli rayonunun Birinci Zobuncuq və İkinci Zobuncuq qəsəbələrini əhatə edən Birinci Zobuncuq bələdiyyəsinin və Üçüncü Zobuncuq, Dördüncü Zobuncuq və Beşinci Zobuncuq qəsəbələrini əhatə edən Beşinci Zobuncuq bələdiyyəsinin yaradılması nəzərdə tutulub. A.Rəhimzadə bildirib ki, Füzuli rayonundan olan minlərlə məcburi köçkün bu qəsəbələrdə məskunlaşıb və onların yerli özünüidarəetmə orqanlarını yaratmaları da tam məntiqidir. Bu qəsəbələr son illər salınıb və bütün infrastrukturla təmin olunub. Sonra ?Azərbaycan Respublikasının bəzi bələdiyyələrinin birləşməsi haqqında? qanun layihəsinə baxılıb. A.Rəhimzadə vurğulayıb ki, hazırda ölkə ərazisində fəaliyyət göstərən bəzi bələdiyyələr birləşir, təxminən 993 bələdiyyə isə ləğv olunacaqdır. Bu proseslər başa çatdıqdan sonra respublikada mövcud olan 2757 bələdiyyənin əvəzinə 1766 bələdiyyə yaradılacaqdır. Müzakirələr zamanı çıxış edən deputatlar, Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə və başqaları yerli özünüidarəetmə orqanlarında aparılan islahatları yüksək qiymətləndirib, bu dəyişikliyin labüd və qanunauyğun olduğunu bildiriblər. Qeyd edilib ki, birləşmə zəif və kiçik bələdiyyələrin inkişafına təkan verəcəkdir. İclasda ?Bələdiyyələrin əraziləri və torpaqları haqqında? Qanuna əlavə edilmiş ?Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı?nın yeni redaksiyada verilməsi barədə məsələyə də baxılmışdır. Bildirilmişdir ki, siyahıda yeni yaradılmış bələdiyyələrin adları əksini tapacaqdır. Sonda qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin ümumi iclasına tövsiyə olunub. Qeyd edək ki, bu qanun layihəsi yerlərdən birmənalı qarşılanmır. Bir çox bələdiyyənin sakinləri birləşmə məsələsinə müsbət yanaşmır. Hər halda bununla bağlı problemlər də MM-dəki müzakirələrdən sonra meydana çıxacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA