Müsavat Divanı deputatlarına gənclərin məsələsini Milli Məclisdə qaldırmağı tapzırıb

img

25-05-2009 [07:04]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik qərarların icrası, görülən işlər, partiyadaxili, ictimai-siyasi vəziyyət və 28 May İstiqlal bayramı ilə əlaqədar keçiriləcək tədbirə hazırlıq haqqında məsələlərdən ibarət olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, yığıncağın əvvəlində İsa Qəmbər Türkiyə səfəri haqqında Divan üzvlərinə məlumat verib. Azərbaycan-Türkiyə münasibətləri haqqında danışılarkən son dövrlər münasibətlərin xeyli normallaşdığı, hökumətlər və cəmiyyətlərarası münasibətlərin intensivləşməsi, o cümlədən Xarici İşlər Naziri Əhməd Davudoğlunun Bakıya səfəri təqdir edilib və bu kursun davam etdirilməsi istənilib. Bundan əlavə, son zamanlar müsavatçı gənclərə qarşı repressiya və təqiblərin artması xüsusi müzakirə olunub. MGT-nin sədri Tural Abbaslı Divana ətraflı məlumat verib. Bu məsələ haqqında Divanın bəyanatı qəbul edilib. Eyni zamanda gəncləri təqib edən sahə müvəkkilləri və digər polis işçiləri barəsində məhkəməyə müraciət edilməsi haqqında qərar qəbul edilib. Müsavat Deputat Qrupunun üzvlərinə bu məsələni Milli Məclisdə qaldırmaq həvalə olunub. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölməsində Güney Azərbaycandakı son hadisələr müzakirə edilib. Öz milli haqlarını tələb edən soydaşlarımıza atəş açılması, bunun nəticəsində bir nəfərin həlak olması və xeyli adamın yaralanması kəskin pislənilib. İrandan Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarına hörmətlə yanaşması tələb olunub. İsrail prezidentinin Azərbaycana rəsmi səfərə dəvət edilməsilə İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəisinin kəskin reaksiya verməsi və ölkəmizi təhdid etməsi qətiyyətlə pislənilib. Divan hesab edir ki, istər İranın bu təhdidlərinin qarşısının alınması məqsədi ilə, istərsə də Azərbaycanın köklü maraqları baxımından Azərbaycanın İsraildə səfirliyinin açılması təmin edilməlidir. Yığıncağın sonunda 28 May İstiqlal bayramı münasibətilə Novxanı qəsəbəsində saat 1200-da keçiriləcək tədbirə hazırlığın gedişatı müzakirə edilib, müvafiq qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA