Müsavatçı gənclər hakimiyyətdən onlara qarzı təqib və təzyiqlərə son qoymağı tələb edir

img

25-05-2009 [06:29]


Müsavat Gənclər Təşkilatının (GT) üzvlərinə qarşı təzyiqlər və təqiblər davam edir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (mia.az) Müsavat Partiyasının mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda qeyd olunur ki, Müsavat GT-nın təbliğat məsələlər üzrə sədr müavini Emil Elmanlının yaşadığı ünvana Tahir Quliyev adlı sahə müvəkkili gələrək, ailəsinə Emilin mütləq Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinə getməli olduğunu bildirib. Ancaq T.Quliyev E.Elmanlının ailə üzvlərinə bu barədə rəsmi bildiriş göstərməyib və deyib ki, şöbə rəisi Nurlan müəllimin göstərişi belədir. Sahə müvəkkili hətta Emilin şöbəyə könüllü getməyəcəyi təqdirdə zorla aparılacağını da vurğulayıb. Müsavat Gənclər Təşkilatı isə üzvlərinə qarşı təqib və təzyiqləri pisləyərək, Azərbaycanda demokratiyanın olmadığın və insan zaqlarının pozulduğunu bəyan ediblər. Bundan əlavə, hakimiyyətdən repressiv əməllərindən əl çəkməyi, bu əmələrin səbəbkarlarını və icraçılarınının cəzalandırılmasını tələb edirblər. Müsavatçı gənclər Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlik və nümayəndələrindən, hüquq-müdafiə təşkilatlarından bu prosesləri yaxından izləmələrini və adekvat tədbir görmələrini xahiş ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA