?Xural? qəzetinin baz redaktoru Əvəz Zeynallı və qəzetin baz direktoru Nizami Həsənli polis tərəfindən saxlanılıb

img

25-05-2009 [05:24]


?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı və qəzetin baş direktoru Nizami Həsənli Nərimanov Rayon Dövlət Yol Polis İdarəsi 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə Əvəz Zeynallı verib. Onun sözlərinə görə, Nizami Həsənli öz avtomobilini idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılıb: ?Mən də gəlib, xahiş elədim ki, bəs vacib işimiz var bizi buraxsınlar. Vəsiqəni təqdim edərkən, Dövlət Yol Polis İdarəsinin əməkdaşı serjant Mehdi Səlimov bildirdi ki, bütün baş redaktorları, jurnalistləri sındırmaq lazımdır. Bundan sonra qalmaqal baş verdi və məni də xahiş elədiyimə görə saxladılar. Bizim saxlanılmağımız məqsədli şəkildə də ola bilər. Hazırda polis idarəsindəyik?. Əvəz bəy onu da bildirib ki, məsələylə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlova, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Ərəstun Məcidova müraciət edib: ?Bundan sonra aidiyyatı orqanlara müraciət edəcəyik. Aydınlaşdıraq görək, jurnalistləri, baş redaktorları sındırmaq göstərişini bu serjanta kim verib. Yəqin ki, bir azdan məhkəməyə də gedəcəyik?. Məhkəmədən sonra isə Ə.Zeynallı MİA-ya bildirdi ki, məhkəmə onlara xəbərdarlıq edib: ? Nərimanov məhkəməsinin hakimi Sevinc Alıyeva işə baxıb və baş verənlərlə bağlı tərəflərə xəbərdarlıq edib. Polislər yol verdikləri kobud hərəkətlərinə görə üzr istədilər?. Qeyd edək ki, Ə.Zeynallıya normal münasibət bəsləməyən polis bölməsinin rəisi müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğlu Natiq Camalovdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA