Soyadların aristokratlazdırılmasına rəsmi icazə yoxdur

img

25-05-2009 [04:37]


Soyad sonluqlarının dəyişdirilməsi məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Son günlər parlamentin də iclaslarında soyadlardakı ?ov?, ?yev? sonluqlarının götürülməsi, bununla bağlı ayrıca qanunun qəbulu tələbi səsləndirilir. Müşahidələr göstərir ki, hələ də Azərbaycanda rus soyad sonluqları olan ?ov?, ?yev?i milli soyad sonluqlarına-?lı?, ?li?, ?soy?a dəyişdirmək istəməyənlər az deyil. Bununla yanaşı, könüllü olaraq soyad sonluqlarını milliləşdirmək istəyənlər də çoxdur. Bu zaman bəzi vətəndaşlar soyadlarına ?bəylı?, ?xanlı? sonluğunu əlavə etdirməyə çalışırlar. Bəzi hallarda buna nail olanlar da olur. Araşdırmalar göstərir ki, soyadlarına ?bəylı?, ?xanlı? sonluqlarını əlavə etdirənlərin çoxunun şəcərəsində bəylik, xanlıq olmayıb. Bununla da onlar öz dədə-baba soyadını zorla aristokratlaşdırırlar. Ədliyyə Nazirliyi Respublika Vətəndaşlıq Vəziyyəti Aktları arxivinin müdiri Reyhanı Kərimova Müstəqil İnformasiya Agentliyinə bildirib ki, soyadlara ?bəyli?, ?xanlı? sonluqlarının artırılması ilə bağlı rəsmi icazə yoxdur. Buna görə də hansısa qurum kiminsə əsl-nəcabətini araşdıraraq ona bəy, xan nəvəsi və ya nəticəsi olması barədə arayış verə bilməz. R.Kərimova son vaxtlar soyadlarını aristokratlaşdıranların buna necə nail olmalarına aydınlıq gətirə bilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA