?Gənc Liderlər? Uzaq Təzkilatı ?Uzaq hüquqları? həftəsinin açılızını keçirib

img

25-05-2009 [04:05]


Bu gün ?Gənc Liderlər? Uşaq Təşkilatının (GLUT) təşəbbüsü ilə ?Trend? Xəbərlər Şirkətində ?Uşaq ili? çərçivəsində 1 İyun Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş 25 may-1 İyun ?Uşaq hüquqları? həftəsinin açılışı keçirilib. Toplantıda eyni zamanda təşkilatın 3 yaşı qeyd olunub. Tədbiri giriş sözü ilə açan GLUT sədri Fərid Şahbazlı həftəliyin keçirilməsində məqsədin Azərbaycan elan olunmuş ?Uşaq İli?nin məktəblilər arasında təbliğatını həyata keçirmək, ölkə ictimaiyyətinin diqqətini uşaqlara və onların problemlərinə yönəltməkdir. F.Şahbazlının sözlərinə görə, həftəlik çərçivəsində Bakının bir neçə məktəbində təhsil işçilərinin və məktəblilərin iştirakı ilə dəyirmi masalar keçiriləcək, mətbuatda maarifləndirici materiallarla çıxış olunacaq. ?Gənc Liderlər? Uşaq Təşkilatı həftəlik çərçivəsində eyni zamanda uşaqlar üçün bir neçə xeyriyyə tədbiri təşkil edəcək, bu tip tədbirlərə yaxından dəstək verəcək. Həftəliy zamanı ermənilərin Dağlıq Qarabağa hücumları zamanı hüquqları kobudcasına pozulmuş Azərbaycan uşaqlarının haqlarının bərpası və problemlərinin dünya ictimaiyyətinə çatıdırılması istiqamətində tədbirlər hazırlanıb. Tədbirdə çıxış edən Millət vəkili Nazim Məmmədov ?Uşaq hüquqları? həftəsinin keçirilməsinin əhəmiyyətini qeyd edərək, millət vəkillərinin daima uşaqların preoblemləri ilə maraqlanmalı olduğunu deyib. Deputat GLUT-un 3 illik fəaliyyətini yüksək qiymətləndirərək, təşkilatın uşaqların həyatında oynadığı roldan danışıb. Səbail Rayon İcra Hakimiyyəti başçısının I müavini Xalidə Bayramova da çıxış edərək həftəliyin uşaqların hüquqlarını öyrənməsi yolunda vacib olduğunu deyib. X.Bayramova ?əgər davamlı inkişafa nail olmaq istəyiriksə, uşaqlarımıha daha diqqətlə yanaşmalıyıq? deyə bildirib. Müavin ?Gənc Liderlər?in fəaliyyətinin əhəmiyyətindən söz açıb. Çıxış edən ?Xalq Cəbhəsi? qəzetinin baş redaktoru Elçin Mirzəbəyli mətbuatda uşaq hüquqlarına daha çox yer ayrılmasını vacib hesab edərək, həftəlik çərçivəsində maarifləndirici yazılara daha çox ehtiyac olduğunu vurğulayıb. Baş redaktor GLUT-un 3 illik fəaliyyətindən danışaraq, onun ölkəmizdə uşaq hərəkatı yarada bildiyini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA