Elmira Süleymanova Ankarada insan hüquqlarına dair beynəlxalq tədbirdə erməni təcavüzündən danızıb

img

25-05-2009 [02:46]


Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Türkiyənin baş naziri yanında İnsan Hüquqları qurumunun təşkilatçılığı ilə Ankarada keçirilmiş ?Mədəniyyətlər birliyi: beynəlxalq insan hüquqları konfransı?nda məruzəçi qismində iştirak edib. Beynəlxalq tədbirə Türkiyənin dövlət rəsmiləri, həmçinin E.Süleymanova ilə yanaşı digər məruzəçilər qismində Macarıstan, Makedoniya, Qırğızıstan, Norveç ombudsmanları, habelə milli insan hüquqları təsisatlarının, nüfuzlu beynəlxalq qurumların, Türkiyə Konstitusiya Məhkəməsinin, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, tanınmış hüquqşünas, bu sahədə görkəmli alimlər, beynəlxalq ekspertlər qatılıblar. Ombudsman Aparatından verilən məlumata görə, Türkiyə baş nazirinin müavini və dövlət naziri Cəmil Çiçək, bu ölkədəki İnsan Hüquqları qurumunun rəhbəri, baş nazirin məsul nümayəndəsi və digərləri açılış mərasimində çıxış edib, mötəbər tədbirin məqsəd və məramını iştirakçılara çatdırıblar. Tədbirdə insan hüquq və azadlıqlarının universallığı, qlobal xarakter daşıması, insan hüquqlarının təmini, həyata keçirilməsi və müdafiəsində ombudsman təsisatlarının, həmçinin milli insan hüquqları institutlarının rolu, bu sahədə qabaqcıl təcrübənin, milli insan hüquqları institutlarının, müvafiq beynəlxalq qurumların və milli QHT-lərin qarşılıqlı əlaqəsinin təmin edilməsi məsələləri müzakirə edilib, təcrübə mübadiləsi aparılıb. Konfransın ikinci hissəsi ?İnsan hüquqlarının müdafiəsi və təbliğində ombudsman təsisatlarının rolu? mövzusuna həsr edilib. Ombudsman ?Azərbaycanda Ombudsman təsisatı: inkişaf və fəaliyyəti? mövzusunda məruzə edib. O, cari ilin BMT tərəfindən Beynəlxalq insan hüquqları tədrisi ili kimi elan olunduğunu qeyd edərək, qloballaşan dünyada, müasir cəmiyyətdə davamlı inkişafın təmin olunmasının zəruriliyini vurğulayıb və bu istiqamətdə irəliləyişin insan hüquq və azadlıqları ilə sıx bağlı olduğunu söyləyib, bu qlobal problemin Minilliyin inkişaf məqsədlərinə daxil olduğunu nəzərə çatdırıb. E.Süleymanova həmçinin Azərbaycandakı vəziyyət, ermənilər tərəfindən xalqımıza qarşı tarixən törədilən soyqırımlar, Ermənistanın respublikamıza qarşı təcavüzü nəticəsində beynəlxalq hüquq normalarını və qaydaları pozaraq ölkəmizin ərazisinin beşdə bir hissəsini zəbt etməsi, bir milyon əhalinin qaçqın və məcburi köçkün vəziyyətində yaşaması, onların insan hüquqlarının kütləvi şəkildə pozulması, dinc əhaliyə qarşı törədilmiş işgəncələr, iqtisadiyyatımıza, ölkəmizin təbiətinə, xalqımızın mədəni irsinə və mənəviyyatına vurulmuş ziyan və təcavüzün başqa ağır nəticələri haqqında ətraflı məlumat verib. Həmçinin, bunları təsvir edən disklər, nüfuzlu beynəlxalq qurumlara ünvanladığı bəyanatlar, ombudsmanın illik məruzələri, təsisatda hazırlanmış hüquqi nəşrlər iştirakçılara paylanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA