Novella Cəfəroğlu erməni həmkarı ilə görüzəcək

img

25-05-2009 [02:40]


Dilarə Əliyeva adına ?Qadın Hüquqları? Müdafiə Komitəsinin sədri Novella Cəfəroğlu erməni və gürcü həmkarları ilə görüşəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən hüquq müdafiəçisinin sözlərinə görə, görüş yeni yaradılacaq ?Qafqaz Qadınları Palamenti? adlı qurumun cari ilin sentyabr ayında Azərbaycan, Gürcüstan və Ermənistandan olan hüquq müdafiəçiləri tərəfindən birgə formalaşdırılması prosesi çərçivəsində gerçəkləşdiriləcək: ?Bu yaxınlarda hər üç dövlətin nümayəndələri parlamentin strukturunu hazırlamaq məqsədilə görüşəcək. Çox güman ki, qurum ?Qafqaz Qadınları Parlamenti? adlanacaq. Qurumun yaradılmasına əsas səbəb hər üç dövlətdə qadın hüquqlarının kütləvi şəkildə pozulması və qadınların zorakılığa məruz qalmasıdır. Məqsədimiz isə bütün bu neqativ hallara qarşı mübarizə aparmaq və onları aradan qaldırmaqdır. Baxmayaraq ki, hər üç dövlət qadınlara qarşı ayrı-seçkiliyin olmamasına dair konvesiyalara imza atıb, amma real durum başqadır. Qadınlar rəsmi postlarda demək olar ki, təmsil olunmurlar. Ölkəmizdə 2250 bələdiyyədən sadəcə 44-nün sədri qadındır. Bütün bu məsələlər yaradılacaq parlamentdə öz əksini tapacaq və beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılacaq?. Hüquq müdafiəçisi Ermənistan nümayəndələri ilə işbirliyi yaratmağın çətin olmadığını, əksinə bunun çox gərəkli olduğunu vurğulayıb: ? Əgər biz torpaqlarımızı geri qaytarmaq istəyiriksə, iki dövlət arasında mütləq dialoqlar yaşanmalıdır?. Sonda N.Cəfəroğlu ötən həftə baş tutan Türkiyə səfəri barədə də məlumat verərək bildirib ki, səfər zamanı İsveç nümayəndələri ilə görüşün qadınların işbirliyinə həsr olunub: ?Bu gün ofisimizdə Gürcüstan nümayəndələri osetiyalıların görüş keçiriləcək. Görüşdə biz vasitəçi rolunu oynayırıq və bu görüşlər də qadın parlamentinin yaradılması çərçivəsində baş tutur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA