Səhiyyə Nazirliyi Saatlıda ?Donuz qripi?nin yayılması xəbərini təkzib edir

img

25-05-2009 [02:38]


?Donuz qripi?nin yayılma təhlükəsi durmadan artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, artıq dünyanın 43 ölkəsində 12 min 22 nəfər AH1N1 (?Donuz qripi?) virusuna yoluxub. Bu qədər sürətlə yayılan sözügedən xəstəliyin ölkəmizdə yayılma ehtimalı da öz qüvvəsini saxlayır. Bu gün isə Saatlı rayonunda 5 nəfərin hələlik adı açıqlanmayan virusa yoluxduğu barədə xəbərlər yer alıb. Nətijədə ailənin bir üzvü dünyasını dəyişib. Maraqlı burasıdır ki, virusa yoluxanlarda ?Donuz qripi?nin əlamətlərinin olduğu da görünməkdədir. Məhz bu da cəmiyyətdə böyük həyəcan yaratmaqdadır. Saatlıda 5 ailə üzvünün təhlükəli yoluxucu xəstəliyə tutulması ilə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Səhiyyə Nazirliyi (SN) Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov isə onların ?Donuz qrip?inə tutulmasını rədd edib: ?Həmin insanlar tamamilə başqa dioqnozla xəstəxanaya yatırılıb. Laborator müayinə nəticəsində onların ?Donuz qrini?nə və ya hər hansı başqa qrip növünə yoluxmadığı aşkarlanıb?. Direktor müavini, həmçinin sözügedən virusun ölkə ərazisinə daxil olmasının qarşısını almaq və hər ehtimala qarşı hazırlıqlı olmaq üçün SN-nin bir sıra tədbirlər gördüyünü də qeyd edib: ?Loboratoriyalar dioqnostik preparatlar və xüsusi birdəfəlik geyimlərlə təchiz olunub. Hazırda bütün laboratoriyalar tam hazırlıqlı vəziyyətdədir. Virusun təyin edilməsi üçün müvafiq ləvazimatlar xaricdən gətirilib. İnsanlar arasında maarifləndirmə işində əsasən kütləvi informasiya vasitələrinə üstünlük verilir. Mütəmadi olaraq KİV vasitəsilə əhaliyə yeni məlumatlar çatdırılır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA