Sabah Milli Məclisdə ombudsmanın səlahiyyət müddətində məhdudiyyətin götürülməsi müzakirə olunacaq

img

25-05-2009 [02:32]


Milli Məclisin sabahkı iclasında bir adamın bir dəfədən artıq ombudsman seçilməsinə qoyulan məhdudiyyətin ləğv olunmasını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılacaq. ?Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında? konstitusiya qanununda dəyişikliklər edilməsi barədə konstitusiya qanunu layihəsi haqqında? sənəd artıq Milli Məclis iclasının gündəliyinə daxil edilib. Bu barədə məlumat Milli Məclisin saytında yerləşdirilib. Eyni zamanda, iclasda ?Polis haqqında?, ?Dövlət qulluğu haqqında?, ?Banklar haqqında?, ?Milli Bank haqqında? qanunlara, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Mülki-Prosessual Məcəlləyə əlavələr və dəyişiklik edilməsi məsələsinə də baxılması planlaşdırılır. Məlumata görə, iclasın gündəliyinə saxta və ya keyfiyyətsiz malların idxal edilməsinə, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinə, ?Gömrük orqanlarında xidmət haqqında əsasnamə?yə əlavə və dəyişiklik edilməsi, Füzuli rayonunun ərazisində Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin yaradılması, bəzi bələdiyyələrin birləşməsi haqda layihə, bələdiyyələrin siyahısının yeni redaksiyada verilməsi məsələləri salınıb. Milli Məclisin sabahkı iclasında 2008-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə müzakirənin aparılması da gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA