Yeni həbsxanalar tikilir, yaxın müddətdə istifadəyə veriləcək

img

25-05-2009 [12:51]


Paytaxtda və regionlarda yeni həbsxanalar tikilir. Bu, həbsxanalardakı şəraitin yaxşılaşdırılması və regionlarda yaşayan məhbus ailələrinin yaxınlarına baş çəkməsi zamanı qarşılaşdıqları problemləri aradan qaldırılmasına yönəlib. ?Yeni həbsxanalardan biri Zabrat qəsəbəsində tikilib, yaxün müddət ərzində istifadəyə veriləcək?. Bunu Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin mətbuat katibi Mehman Sadıqov Müstəqil İnformasiya Agentliyinə verdiyi açıqlamasında deyib. Xidmət əməkdaşı bildirib ki, 1 saylı Şüvəlan və 3 saylı Bayıldakı təcridxana Zabratdakı Bakı İstintaq Təcridxanalarına köçürüləcək: ?Başqa təcridxanalar öz yerlərində olaraq qalır. Regionlarada yeni təcridxanalar tikilməkdədir?. Mətbuat katibinin sözlərinə görə , əksər cəzaçəkmə müəssisələri Bakıda yerələşir: ?Onu da bildirim ki, Salyanda yerələşən 5 saylı cəzaçəkmə müəssisəsi də hazırda öz rejimində fəaliyyət göstərir. Lənkəranda, Şəkidə, Kürdəmirdə isə yeni təcridxanaların tikilməsi planlaşdırılır. Naxçıvanda yerləşən təcridxana isə tikilib təhvil verilib. Demək olar ki, tikilib istifadəyə verilən təcridxanaların hamısı müasir avropa standartlarına uyğun olaraq inşa edilir. Cəzaçəkmə müəssisələri rejimlərə ayrılır ciddi, ümumi, xüsusi, lakin inşaa olunan təcridxanalar qarışıq rejimlidir? M.Sadıqovun sözlərinə görə, Cəza İcra Məcəlləsinə uyğun olaraq, cinayəti törətmiş şəxslər yaşayış yerinə yaxın olan cəzaçəkmə təcridxanalarında öz cəzalarını çəkə bilərlər: ?Rejim əsasında cəzaçəkmə müəssissəsində istənilən regiondan olan məhbuslar var. Xaricdən olan vətəndaşların az olmağına baxmayaraq, onlar törətmiş cinayətə görə bizim təcridxanalarında öz cəzalarını çəkmədədirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA