Ədliyyə orqanlarında izə qəbulla əlaqədar keçirilən test imtahanının nəticələri açıqlanıb

img

23-05-2009 [06:38]


Ədliyyə orqanlarında işə qəbulla əlaqədar keçirilən test imtahanının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət K?missiy?sından ANS PRESS-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş 220 nəfər namizəddən 16 nəfəri imtahana gəlməyib. Namizədlərdən 82 nəfəri müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıblar. İmtahanda ən yüksək nəticə 79 bal olub. Qeyd edək ki, imtahan bu gün Bakı Dövlət Universitetində keçirilib. İddialılar 100 test sualına cavab veriblər. Üç saat davam edən test imtahanını izləmək üçün 40-a yaxın yerli və beynəlxalq müşahidəçi dəvət olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA