Zəlimxan Yaqub: "Mayın 28-də əfv fərmanı imzalanmayacaq"

img

23-05-2009 [06:21]


Mayın 28-də əfv fərmanı imzalanmayacaq. Bu barədə ?ANS?ə Prezident Yanında Əfv Komissiyasının üzvü Zəlimxan Yaqub məlumat verib. O bildirib ki, buna səbəb amnistiya aktının icrası prosesinin başa çatmamasıdır: ?Martın 17-də Milli Məclis amnistiya aktı qəbul edib və həmin aktın icrası davam edir. Məhkumların əfv olunması məsələsinə yalnız amnistiya aktının icrası başa çatandan sonra baxıla bilər?. 17 mart 2009-cu il tarixdə qüvvəyə minmiş amnistiya aktının icrası 16 iyun 2009-cu il tarixdə başa çatacaq. 1994-cü ildən 2003-cü ilədək Heydər Əliyev 32, 2004-cü ildən indiyədək isə prezident İlham Əliyev 13 əfv fərmanı imzalayıb. Ümumilikdə 4858 məhkum əfv edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA