Hüseynqulu Bağırov: "Özəl zəxslərin torpaq sahələrində ağaclar qanunsuz olaraq kəsilir"

img

23-05-2009 [01:03]


Azərbaycanda ağacların kəsilməsi halları əhəmiyyətli dərəcədə azalıb. Bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə açıqlama verərkən deyib. Nazir müəyyən problemlərin də olduğunu bildirib: "Nazirlik ağacların kəsilməsi probleminin mahiyyəti barədə ictimaiyyəti məlumatlandırmağa hələ nail olmayb. İnsanlar və KİV-in problemin mahiyyətini anlamadan fikir bildirməsi təhlükə yaradır. Təhlükə nəticədə problemin əsas günahkarının bir kənarda qalmasındadır və buna görə o, ittiham obyekti olmur". H.Bağırov obyekt tikintisi üçün sərəncamla ayrılan torpaq sahlərində ağacların zərər çəkməməsi üçün Nazirliyin məsələ qaldırdığını da vurğulayıb: "Özəl şəxslərin torpaq sahələrində ağaclar qanunsuz olaraq kəsilir. Özəl şəxslər bunu yerli icra orqanlarının torpaq sahəsini konkret şərtlərlə ayırmaması ilə izah edirlər". Məlumat üçün bildirək ki, prezident İlham Əliyev özəl obyektlərin və evlərin tikintisi üçün ərazilərin boşaldılması zamanı ağacların kəsiləmsini qadağan edib. Bu barədə dövlət başçısı apreldə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA