Vüqar Səfərli KiV-in inkizafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru təyin olunub

img

22-05-2009 [08:25]


Azərbaycan prezidenti İlham Əliyev Vüqar Müzəffər oğlu Səfərlinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru təyin olunması haqqında sərəncam imzalayıb. Prezidentin başqa bir sərəncamı ilə Vüqar Əliyev, Faiq Qurbanov, Zöhrə Əliyeva(Dövlət orqanları), Rəşad Məcid, Vüqar Rəhimzadə, Bəxtiyar Sadıqov(KİV), Əflatun Amaşov, Müşfiq Ələsgərli və Umud Mirzəyev (Jurnalist təşkilatları) fondun Müşahidə Şurasının üzvləri təyin ediliblər. Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı digər sərncamlarla isə bir qrup şəxsə fəxri adlar verilib. [b]AZƏRBAYCAN RESPUBLİKASINDA ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ SAHƏSİNDƏ XİDMƏTLƏRİ OLAN ŞƏXSLƏRƏ ?AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR MÜHƏNDİSİ? FƏXRİ ADININ VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI[/b] Azərbaycanda ekoloji mühitin və təbii sərvətlərin qorunmasındakı xidmətlərinə görə aşağıdakı şəxslərə ?Azərbaycan Respublikasının əməkdar mühəndisi? fəxri adı verilsin: Bağırova Mehriban Faiq qızı Nağıyev Vasif Nağı oğlu Tağıyeva Umayra Rauf qızı [b]AZƏRBAYCAN RESPUBLİKASINDA ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ SAHƏSİNDƏ XİDMƏTLƏRİ OLAN ŞƏXSLƏRİN TƏLTİF EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI[/b] Azərbaycanda ekoloji mühitin və təbii sərvətlərin qorunmasındakı xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər: ?Tərəqqi? medalı ilə Axundov Mübariz Əsgər oğlu Hacıyev Rauf Vahid oğlu Həbilov Cabbar Nəsib oğlu ?Dövlət qulluğunda fərqlənməyə görə? medalı ilə Eyvazov Yədulla Kamil oğlu İsmayılov Vaqif Hidayət oğlu [b]AZƏRBAYCAN ƏFQANISTAN VETERANLARI İCTİMAİ BİRLİYİNİN BİR QRUP ÜZVÜNÜN ?TƏRƏQQİ? MEDALI İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI[/b] Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin aşağıdakı üzvləri ?Tərəqqi? medalı ilə təltif edilsinlər: Əhmədov Cavan Əhməd oğlu Hadıyev Mirşamil Mirhadı oğlu Hüseynov Əbülfət Məcid oğlu Vəliyev Məhəmməd Əli oğlu Yusifov Nazim Polad oğlu İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 22 may 2009-cu il.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA