BDU rektoru Abel Məhərrəmov da məscidlərdən danızdı

img

22-05-2009 [07:08]


Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov hüquq mühafizə orqanlarına ilahiyyat fakültəsinin həyətində inşa olunan məscidlə bağlı müraciət edib. A.Məhərrəmov jurnalistlərə açıqlamasında sözügedən məscidin sənədlərinin tam qaydasında olmadığını bildirib. Millət vəkili deyib ki, məscid 1991-ci ildə paytaxt meriyasının icazəsi ilə inşa olunub: ?Lakin məscidin başqa hər hansı bir sənədi yoxdur, o heç kimə tabe deyil, heç bir məsuliyyət daşımır?. A.Məhərrəmov digər məscidlərin baxlanmasına toxunaraq, ilahiyyat fakultəsinin həyətindəki məscidə daha çox adamın gəldiyini bildirib: ?Əvvəl ?Əbu Bəkr? məscidi, ardınca ?Şəhidlər? məscidi fəaliyyətini dayandırandan sonra minlərlə dindar namaz qılmaq üçün bura axışır. Namaz qılanların əksəriyyəti maşınla gəlir. Nəzərə alsaq ki, həmin ərazidə - tələbə şəhərciyində məcburi köçkünlər də yaşayır, o saatlarda ərazi iflic vəziyyətdə olur. Üstəlik, dualar səsgücləndirici ilə verildiyindən dərslərə maneçilik yaranır. 8 minədək adamın toplaşdığı yerdə hər hansı xoşagəlməz hadisə də baş verə bilər?. Sadaladığı səbəblərə, həmçinin tələbə yataqxanalarında yaşayan məcburi köçkünlərin müraciəti əsasında rektor məscidin fəaliyyətinin qanuniləşdirilməsi üçün əlaqədar qurumlara müraciət edib. A.Məhərrəmov müraciətinin məscidlərin bağlanması üçün aparılan kampaniya kimi başa düşülməsinin əleyhinə olduğunu da vurğulayıb. Məlumat üçün bildirək ki, BDU-nun ilahiyyat fakültəsinin həyətində inşa olunan məscidi Türkiyə Dəyanət Vəqfi inşa edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA