Müsavat Partiyasının bazqanı isa Qəmbər Türkiyədə səfərdədir

img

22-05-2009 [02:40]


Müsavat Partiyasının başqanı İsa Qəmbər dünən Türkiyəyə gedib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Müsavat başqanının müavini Mehman Cavadoğlu məlumat verib. M.Cavadoğlu deyib ki, İsa Qəmbər Cənubi Qafqazla bağlı konfransda iştirak etmək üçün qardaş ölkəyə gedib: ?İsa bəy Almaniyanın ?Fridrix Nauman? Fondunun təşkil etdiyi beynəlxalq konfransda iştirak edəcək. Avropa dövlətlərinin təmsilçiləri də bu tədbirə qatılacaq. Konfransın məqsədi Cənubi Qafqazdakı mövcud ictimai-siyasi durum barədə fikir mübadiləsi aparmaq, perspektivi müzakirə etməkdir. İsa bəy də həmin tədbirə qatılaraq, öz fikirlərini bildirəcək?. Müsavat funksioneri onu da nəzərə çatdırıb ki, İ.Qəmbərin konfransdan sonra başqa görüşləri də nəzərdə tutulub. Amma Mehman bəy bu görüşlərin nə zaman və hansı məqsədlə keçiriləcəkiyni deməyib. Sonda M.Cavadoğlu Müsavat başqanının mayın 25-də vətənə qayıdacağını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA