Buraxılız imtahanlarından ?2? alanlara attestat verilməyəcək

img

22-05-2009 [01:05]


Xəbər verdiyimiz kimi, iyunun 5-də ölkənin bütün orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək. Təhsil Nazirliyinin məlumatına görə, XI sinif şagirdləri ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya, xarici dil fənlərindən buraxılış imtahanları verəcəklər. Buraxılış imtahanlarında ümumilikdə 112549 nəfər məzunun iştirakı gözlənilir. Təhsil Nazirliyi buraxılış imtahanlarında hər hansı fəndən ?2? qiyməti alacaq məzunlara attestat verilməyəcəyini bəyan edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə nazirliyin Şagird naliyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri Təranə Hacıyeva bildirib. Onun sözlərinə görə, attestatın verilməsi üçün yekun qiymət hesablanarkən təkcə buraxılış imtahanlarının, qışda keçirilən sınaq imtahanının nəticəsi də nəzərə alınacaq. Onlar, demək olar ki, bərabər nisbətdə hesablanacaq. Xatırladaq ki, ötən il keçirilən buraxılış imtahanında 9315 məzun ?2? qiyməti almışdı. O zaman məzunların və valideynlərin ciddi etirazından sonra Təhsil Nazirliyi yalnız bir fəndən ?2? alanlara attesta verməyə məcbur oldu. İki və daha çox fəndən kəsilən 3 mindən çox məzun üçün isə təkrar imtahan keçirildi. Yekunda 2600-dən çox məzuna attestat verilmədi. Təhsil Nazirliyindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, bu il ?2? qiyməti alacaq məzunlara hər hansı güzəşt tətbiq olunmayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA