Ölkəyə əlillər üçün yeni model avtomobillər gətiriləcək

img

22-05-2009 [12:57]


?Biz keçən il Qarabağ və Böyük Vətən müharibəsi əlillərinə və eləcə də Çernobl əlillərinin bir qisminə avtomobillər paylamışıq. Bu il də bu işin davam etdirilməsi nəzərdə tutulur?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli deyib. Onun sözlərinə görə, bu məqsədlə əvvəllər ?Oka? markalı avtomobillər gətirilirdi: ?Lakin bu ildən yeni avtomobil modellərinin gətirilməsinə qərar verilib. Çünki artıq ?Oka? avtomobilləri istehsalatdan çıxıb. Bunun üçün bir neçə şirkətlərlə danışıqlar aparılır. Ancaq çox təəssüflər olsun ki, indidən həmin şirkətlərin adını açıqlaya bilməyəcəyik. Razılaşma əldə olunduqdan sonra bir qədər də yeniləşmiş və ya müasir avtomobillər alacağıq?. Avtomobillərin nə vaxt alınacağına gəlincə, E.Kələntərli deyib ki, çox güman ki, bu məsələ ilin ikinci yarısına qədər reallaşacaq: ?Hökumət tərəfindən dövlət büdcəsi müəyyənləşdiriləndən sonra, ayrılan vəsaitə uyğun olaraq nə qədər avtomobilin gətiriləcəyini dəqiq deyə biləcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA