Nazirin müxalifətçi gənclərlə görüzü baz tutmayacaq

img

22-05-2009 [12:34]


Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının Gənclər Təşkilatı gənclər və idman naziri Azad Rəhimovla görüşmək üçün ona müraciət ediblər. Sözügedən nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə Müstəqil İnformasiya Agentliyinə deyib ki, nazir deyil, onun müavini və yaxud da nazirliyin şöbə rəisi yaxın vaxtlarda təşkilat üzvlərini qəbul edəcək: ?Müsavatçı gənclərin müraciəti nazirliyə mayın 20-də daxil olub. Hazırda müraciətə baxılır. Sadəcə olaraq, bu günlərdə nazirin qrafiki həddən artıq yüklü olduğundan cənab nazir özü onları qəbul edə bilməyəcək. Bu səbəbdən də ya nazir müavini ya da şöbə rəisi mütləq onlarla görüşəcək. Hələki görüşün dəqiq vaxtı müəyyənləşməyib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA