Bu gün MDB Hökumət Bazçıları Şurasının iclası keçiriləcək

img

22-05-2009 [11:10]


Bu gün Qazaxıstanın paytaxtı Astanada MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək. Tədbirdə Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılığı ilə nümayəndə heyəti təmsil edəcək. RİA ?Novosti?nin yaydığı xəbərə görə, MDB Hökumət Başçıları Şurasının iclasının gündəliyinə ticari-iqtisadi və humanitar sahələrlə qarşılıqlı əlaqələrlə bağlı 18 məsələ daxildir. İclas çərçivəsində 2020-ci ilədək MDB-nin iqtisadi inkişaf strategiyasının reallaşdırılmasına start veriləcəyi gözlənilir. Strategiya MDB hökumət başçılarının 14 noyabr 2008-ci ildə Kişnyovda keçirilmiş iclasında qəbul edilib. Bundan əlavə, toplantıda ekologiya və ətraf mühitin mühafizəsi sahəsində kollektiv tədbirlər, elmi-texniki, innovasiya və təhsil sahələrində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələrin aparılacağı da gözlənilir. Hökumət başçıları, qlobal maliyyə böhranının MDB ölkələrinin iqtisadiyyatına mənfi təsirinə qarşı birgə addımlar atmaq barədə qərar verə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA