?Əsgər Ailəsi? Cəmiyyəti ?Vətən çağırır? layihəsinin təqdim etdi

img

21-05-2009 [07:59]


Bu gün ?Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə? İctimai Birliyinin ofisində ?Əsgər Ailəsi? Cəmiyyətinin sədri, hərbi jurnalist, ehtiyyatda olan zabit Roza Əliqızı mətbuat konfransı keçirib. Mətbuat konfransının keçirilməsində əsas məqsəd ?Əsgər Ailəsi? Cəmiyyətinin yenidən gündəmə gəlməsi ?Vətən Çağırır? layihəsinin təqdimatı idi. Konfrans preziden yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə keçirilirdi. Roza Əliqızı bildirdi ki, rəhbərlik etdiyi təşkilat 1992-ci ildə yaradılıb və respublikada ilk qeyri-hökumət təşkilatıdır və yarandığı gündən ordu quruculuğunda xeyli işlər görmüş, əsgər və zabitlərin hüquqlarının müdafiəsində, eləcədə onların ailələrinin sosial problemlərinin həll olunmasında yaxından iştirak edib. O cümlədən ?Vətən Çağırır? adlı 79 hərbi vətənpərvərlik ruhlu tədbir və konsert keçirmiş, hərbi-vətənpərvərliyin təbliği üçün bir çox işlər görmüşlər. 100 məcburi köçkün və qaçqın uşaqlarına himayədarlıq etmiş, onlar üçün Nabranda ?Hünər? adlı düşərgə təşkil etmişdir. 60 fərari təşkilatın xətti ilə öz hərbi hissələrinə qaytarılmışdır. 2005-ci ildə müəyyən səbəblərdən fəaliyyətində durğunluq yaranan ?Əsgər Ailəsi? Cəmiyyəti yenidən gündəmdə olacaq yeni mərhələdə fəaliyyət göstərəcək. Roza Əliqızı bildirdi ki, ?Əsgər Ailəsi? Cəmiyyəti beynəlxalq aləmə çıxmaq, beynəlxalq təşkilatlarla işləmək fikrindədir. O bir neçə hərbi yönümlü təşkilatlarla, ?Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə? İctimai Birliyi, ?Ehtiyyatda Olan Zabitlər? konfederasiyası, ?Müharibə Veteranları? Birliyi və.s təşkilatlarla birgə ATƏT-in Bakı ofisinin siyasi-hərbi işlər üzrə rəhbəri Con Makla görüşüb, birgə işləmək barədə müzakirələr edib, ordu üzərində demokratik nəzarəti gücləndirmək barədə layihələr hazırlamağı təklif ediblər. ?Əsgər Ailəsi? Cəmiyyəti hazırda ?Vətən Çağırır? layihəsinə yenidən başlayacaq. Tədbirdə müharibə veteranları, ehtiyyatda olan zabitlər və jurnalistlər iştirak ediblər. Tədbirdə ?Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə? İctimai Birliyinin sədri, ehtiyyatda olan zabit Emin Həsənli, EOZK-nın sədr müavini polkovnik Həsən Əmirov, keçmiş döyüşçü kapitan Gülarə Musayeva , ?İctimai Vəkil İnsan Hüquqlarının Müdafiə? mərkəzinin sədri Aynur İmranova Roza Əliqızının orduya böyük xidmətlərindən danışıb ona uğurlar arzulayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA