?Donuz qripi? dünyanı bürüyür

img

21-05-2009 [05:28]


?Donuz qripi?nə yoluxmanın sərhədləri getdikcə genişlənir. Ümumdünya Səhiyyə Təşkilatının bu gün yaydığı məlumata görə, artıq dünyanın 41 ölkəsində - Meksika, ABŞ, Kanada, Kosta Rika, Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Çili, Çin, Kolumbiya, Kuba, Danimarka, Ekvador, El Salvador, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Qvatemala, Hindistan, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Koreya, Malayziya, Niderland,Yeni Zellandiya, Norveç, Panama, Peru, Polşa, Portuqaliya, İspaniya, İsveç, İsveçrə, Tailand, Türkiyə və Birləşmiş Krallıqda təsdiq olunmuş 10243 A(H1N1) qrip hadisəsi qeydə alınıb. Bunlardan Meksikada 72, ABŞ-da 6, Kanada və Kosta Rikada hərəsində 1 hadisə ölümlə nəticələnib. Azərbaycanın Səhiyyə Nazirliyi ölkəmizdə bu xəstəliyə şübhəli halların qeydə alınmadığını bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA