Ali məktəblərdə ?qaynar xətt? fəaliyyətə bazlayacaq

img

21-05-2009 [05:24]


Təhsil Nazirliyi 2008-2009-cu tədris ilinin sona çatması və yay imtahan sessiyasının başlanması ilə əlaqədar ali məktəb rəhbərlərinə təhsil ocaqlarında ?qaynar xətt?lərin fəaliyyətin bərpa etmək barədə göstəriş verib. Nazirliyin ali və orta ixtisas təhsili şöbəsindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, yay imtahan sessiyasının gedişinə ciddi nəzarət olunacaq. Nazirliyin məlumatına görə, hazırda ölkədəki dövlət ali təhsil müəssisələrində 98692 tələbə bakalavr, 6253 tələbə magistr pilləsində təhsil alır. Bu il Təhsil Nazirliyinin tabeliyində olan ali məktəbləri 20092 bakalavr, 2564 magistr başa vuracaq. 2009-cu il Təhsil Nazirliyinin tabeliyindəki dövlət ali məktəblərinin magistratura pilləsinə tələbə qəbulu planına uyğun olaraq 3785 yer təklif edilib. Bunların 1822-si dövlət hesabına, 1963-ü ödənişlidir. Eyni zamanda, İqtisad Universitetinə MBA proqramı üzrə 450, Neft Akademiyasına MBA proqramı çərçivisində 100, Tempus proqramı üzrə isə 16 magistr yeri ayrılıb. Müvafiq ali məktəblərin bakalavr pilləsinə isə 21290 nəfərin qəbul olunması nəzərdə tutulub. Onların 9275-i dövlət hesabına, 12015 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA