Bu il birinci sinif zagirdlərinin sayı 5514 nəfər artacaq

img

21-05-2009 [05:21]


Gələn il orta məktəblərin I sinfinə qəbul ediləcək 6 yaşlı uşaqların sayı başa çatmaqda olan tədris ilindəki ilə müqayisədə xeyli çox olacaq. Təhsil Nazirliynin mətbuat katibi Bayram Hüseynzadə Müstəqil informasiya Agentliyinə bildirib ki, 2009-2010-cu dərs ilində I sinif şagirdlərinin sayının 125114 nəfər olacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, 2008-2009-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 119600 şagird qəbul olunmuşdu. Bu göstərici 2006-cı ildə 116958, 2007-ci ildə isə 117921 nəfər təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA