?ilahiyyat Fakultəsi? məscidi fəaliyyətini davam etdirəcək

img

21-05-2009 [05:03]


Yasamal rayonunda yerləşən ?İlahiyyat Fakültəsi? məscidi fəaliyyətini davam etdirəcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva Müstəqil İnformasiya Agentliyinə açıqlamasında yayılan xəbərləri təkzib edib: ??İlahiyyat Fakultəsi? məscidi bağlanmayacaq. Yayılan məlumatlar həqiqətə uyğun deyil. Sadəcə olaraq məscidin sənədləri qaydasında deyil. Məscidə sənədlərin qaydasına salınması üçün göstəriş verilib. Məscidin bağlanması müzakirə mövzusu ola bilməz?. Y.Əliyeva ?Şəhidlər? məscidində təmir işləri aparıldığını və məscidlərin sökülməsi məsələsinin isə ictimaiyyət tərfindən yanlış anlaşıldığını da nəzərə çatdırıb: ?Şəhidlər məscidində təmir işləri gedir. Təmir işləri başa çatandan sonra məscid fəaliyyətini davam etdirəcək. Təmir işlərinin konkret olaraq nə vaxt başa çatacağını söyləmək çətindir. Məscidlərin sökülməsi məsələsi yoxdur. Bir neçə qanunsuz tikililərə qarşı tədbirlər görülüb və bu qanunsuz tikilən məscidlərə də şamil olunub. ?Dini etiqad azadlığı haqqında? Qanuna edilmiş əlavə və dəyişikliklər tələb edir ki, bütün dini strukturlar, icmalar, məscidlər yenidən qeydiyyatdan keçsin və onların sənədləri qaydaya salınsın. Bu baxımdan məscidlərə müvafiq tədbirlər görmək tövsiyyə olunur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA