Səfər Əbiyev: ?Ermənilər torpaqlarımızdan geri çəkilməyincə bölgədəki gərginlik daha da dərinləzəcək?

img

21-05-2009 [03:30]


Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Avropadakı Silahlı Qüvvələrinin komandanı general Jon Kreddoku qəbul edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, nümayəndə heyətlərinin geniş tərkibli görüşü olub. Azərbaycan-ABŞ əlaqələrinin inkişaf dinamikasından söhbət açan S.Əbiyev hərbi əməkdaşlıq sahəsində də münasibətlərin uğurlu olduğunu qonağın diqqətinə çatdırb. Müdafiə naziri daha sonra regionda hərbi-siyasi vəziyyətə toxunaraq bildirib ki, işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan silahlı qüvvələri geri çəkilməyincə, bölgədəki gərginlik daha da dərinləşəcək, beləliklə, münaqişənin silaha əl atılmadan dinc yolla nizama salınması mümkün olmayacaq. Ona görə də, həm Avropa, həm də Minsk Qrupuna həmsədr olan ölkələr işğalçı Ermənistana təsir vasitələrini gücləndirməlidirlər. Əks təqdirdə arzu olunmayan prosesin yaranacağı qaçılmazdır. General Jon Kreddok da bölgədəki gərgin vəztiyyətin aradan qaldırılmasının vacibliyini qeyd edib. O, həmçinin Azərbaycanın beynəlxalq təhlükəsizlik sisteminə verdiyi töhfələrdən, Kosovoda, İraqda hal-hazırda isə Əfqanıstanda ölkəmizin sülhməramlı hərbi kontingentinin yüksək xidməti fəaliyyətindən razılığını bildirib. Qeyd edək ki, görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Enn Dörsi də iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA