Ordumuzun bir əsgəri həlak olub

img

21-05-2009 [12:13]


Azərbaycan Ordusunun bir əsgəri həlak olub. Tərtər rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri, 1990-cı il təvəllüdlü, ötən ilin iyul ayında Zaqatala rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Məhəmməd Şəmsəddin oğlu Vəliyev silahla ehtiyatsız davranma nəticəsində, digər əsgər 1990-cı il təvəllüdlü, ötən ilin iyulunda Füzuli rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Xalid Əli oğlu Məmmədovu güllələyib. Müdafiə Nazirliyindən ANS-ə verilən məlumata görə, əsgər aldığı güllə yarasından vəfat edib. Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA