Keyfiyyətsiz və kontrabanda yolu ilə ölkəmizə gətirilən dərmanlar apteklərdən götürülür

img

20-05-2009 [06:42]


?Əvvəllər apteklərdə vaxtı keçmiş, keyfiyyətsiz dərmanlar satılırdı. Artıq bunun qarşısı alınıb. Səhiyyə Nazirliyinin nəzdində olan ekspertizalar keyfiyyətsiz dərmanlara qarşı reydlər keçirib, mütəmadi yoxlamalar aparılır?. Bu sözləri Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli Müstəqil İnformasiya Agentliyinə verdiyi açıqlamada deyib. Özəl klinikaların tibbi standartlara uyğunluğu, lizenziyalaşdırılması, sanitar epidemoloji hallarına riayət etməsi kimi işlərə Səhiyyə Nazirliyinin ciddi nəzarət etdiyini vurğulayan A.Qədirli, problemlərin də olduğunu etiraf edib: ?Keyfiyyətsiz dərmanlar ya sexlərdə hazırlanır, ya da kontrabanda yolu ilə ölkəyə gətirilir. Ancaq onu da deyim ki, Azərbaycana gətirilmiş dərmanlar mütləq ekspertizadan keçirilir və sonra apteklərə paylanılır. Aşkar olunmuş keyfiyyətsiz, vaxtı keçmiş dərmanlar isə satışdan götürülür?. Səhiyyə Nazirliyinin sözçüsü keyfiyyətsiz, kontrabanda yolu ilə gətirilən dərmanlara qarşı mübarizə aparıldığını deyərək, apteklərimizdə olan dərmanların keyfiyyətli və sağlamlıq üçün problem yaratmamasına çalışdıqlarını da bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA