izsizlər üçün növbəti əmək yarmarkaları keçiriləcək

img

20-05-2009 [05:12]


Dünyada baş verən iqtisadi böhran Azərbaycanda işsizliyin artmasına səbəb olub. Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov isə Müstəqil İnformasiya Agentliyinə verdiyi açıqlamada deyib ki, işsizlərin 3626 nəfəri Məşğul İdarəsinə işlə bağlı müraciət edib: ?İl ərzində müraciət edənlərin demək olar ki, 7087 nəfəri işlə təmin olunub. İşsizlik müavinəti isə 1889 nəfərə təyin edilib. Haqqı ödənilən ictimai işlə 94 nəfər təmin olunub. Bəzi işsizlər ?Peşə hazırlıq, yenidən hazırlıq və ixtisasartırma kurslarına, Bakı Regional Peşə Tədrisi Mərkəzinə isə 350 nəfər, Göyçay Regional Peşə Tədrisi Mərkəzinə isə 140 nəfər cəlb olunub. Bakı, Sumqayıt,Gəncə, Mingəçevir şəhərlərində olan əmək birjalarında 1090 nəfər müvəqqəti işlərə göndərişlər alıb. Birinci rüb ərzində 3 ayda ixtisara düşən şəxslərin sayı 1325 nəfərdir. 2009-cu ilin birinci rübündə Bakı, Gəncə, Mingəçevir, Göyçay rayonlarında 2970 nəfər peşə yönümünə cəlb olunub?. Rəis müavini dünən gənclər üçün keçirilən əmək yarmarkası barədə də məlumat verib: ?Yarmarkaya 600-700 iş yerləri çıxarılıb. İxtisar olunan iş yerlərinin əksəriyyətində ali təhsilli işçilər tələb edilirdi. Əmək haqları isə 250-300 manat təşkil edirdi. ?Qafqaz? Universitetində də əmək yarmarkası keçirilib. Mayın 27-də Azərbaycan Texniki Universitetində, Memarlıq və İnşaat Universitetində əmək yarmarkaları keçiriləcək. İyun ayında əmək yarmarkasının keçirilməsi planlaşdırılır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA