Xarici izlər nazirinin müavini Hindistanda saxlanılan azərbaycanlıların qohumları ilə görüzüb

img

20-05-2009 [04:11]


Bu gün Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıqov Hindistan sularında saxlanılan ?Mira? gəmisindəki Azərbaycan vətəndaşlarının qohumları ilə görüşüb. Xarici İşlər Naziriliyinin mətubat katibi Elxan Poluxov Müstəqil İnformasiya Agentliyinə verdiyi açıqlamasında bildirib ki, görüş zamanı gəmidəki heyətin vəziyyəti müzakirə olunub: ?Aparılan işlər haqqında qohumlara məlumat çatdırılıb. Hindistanda olan səfirimiz Tamerlan Qarayev Hindistanın Xarici İşlər Nazirliyinin nümayənədəsi ilə görüşüb və Hindistan tərəfi səfirimizə sənəd təqdim edib. Sənəddə bildirilir ki, Hindistan tərəfi Azərbaycan heyətinin sahilə çıxmasının əleyhinə deyil. Hindistanın Xarici İşlər Nazirliyi ilə liman rəhbərliyinin danışıqları nəticəsində belə razılıq əldə olunub ki, ?Mira? gəmisinə əlavə yanacaq doldurulacaq, sonra isə limanın ərazisinə köçürüləcək. Limanın ərazisinə gəlib çıxandan sonra bizim səfirliyin konsulluq şöbəsi vətəndaşlarımızın Azərbaycana qayıtması ilə məşğul olacaq?. E.Poluxovun bildirdiyinə görə, bu sahədə bir neçə problem var, onlardan da biri bizim vətəndaşların pasportlarının özlərində olmamasıdır: ?Gəminin agenti tərəfindən heyətin pasportları alınıb. Əfsuslar olsun ki, gəminin texniki prolblemi mənə məlum deyil. Mən inanıram ki, gəmiyə yanacaq doldurulandan, limana çəkiləndən sonra texniki baxımından olan sızmalar aradan qalxacaq. Bizim üçün əsas odur ki, gəmidəki heyət üzvlərimiz sağ-salamat vətənə dönsünlər. Gəmidəki vətəndaşlarımızın səhhəti ilə bağlı məlumata gəlincə, bu, yalnız heyət üzvlərinin qohumlarındakı məlumatların eynidir. Heyət üzvlərinin qohumlarının dediklərinə görə, onların hansınınsa səhhətində ciddi problem yoxdur?. XİN sözçüsü bildirib ki, gəmidəki heyət üzvlərinin geri dönməsi ilə əlaqəli artıq irəliləyişlər əldə edilib. ?İnanıram ki, yaxın zamanda bu problem çözüləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA