Nazir ismət Abbasovun evinin qarzısında etiraz aksiyasının keçirilməsi planlazdırılır

img

20-05-2009 [03:26]


Kənd təsərrüfatı naziri İsmət Abbasovun fəaliyyətinə etiraz əlaməti olaraq, onun evinin qarşısında aksiya keçirilə bilər. Qeyd edək ki, 2008-ci ildə prezidentliyə namizəd olmuş Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev İsmət Abbasovun fəaliyyətindəki neqativ hallar barədə kəskin açıqlamalar vermişdi. Amma MMP-çilər deyəsən, bu dəfə daha sərt addımlar atmaq fikrindədirlər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə partiya sədri Hafiz Hacıyev məlumat verib. Onun sözlərinə görə, partiyanın İdarə Heyəti kənd təsərrüfatı nazirinin evinin qarşısında etiraz aksiyası keçirməklə bağlı müzakirələr aparır: ?Bir sıra məsələlər var. Hazırda prosesləri izləyirik. Əminəm ki, bu ayın sonuna qədər qəti qərarmızı verəcəyik. Əgər biz nazirin evi qarşısında aksiya keçirməklə bağlı qərar versək, İsmət Abbasov vəzifəsində qala bilməyəcək. Hələlik rəsmi qərarımız yoxdur, ancaq müzakirələr gedir. İsmət Abbasov kənd təsərrüfatnın inkişaf etdirilməsi ilə bağlı verdiyi vədləri yerinə yetirməsə, biz onun evinin qarşısında ?istefa? tələbi ilə aksiyalara başlayacağıq. Çünki biz istəmirik ki, Azərbaycan xalqı kimlərinsə ucbatından bu zülmü yaşasın?. H.Hacıyev onu da deyib ki, MMP-nin bu aksiyasının qarşısını heç kim ala bilməyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA