QHT-lərə Dövlət Dəstəyi Şurası Açıq Cəmiyyət institutu ilə müztərək izləyəcək

img

20-05-2009 [12:46]


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu (ACİ YF) müştərək layihə və proqramlar maliyyələşdirəcək. Bu haqda razılıq Şura və ACİ YF rəhbərlərinin bugünkü görüşündə əldə edilib. Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Şura sədri Azay Quliyev görüşün nəticələrini şərh edərək bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına çalışan hər iki donor təşkilatın bir sıra strateji hədəfləri eynidir və burada müştərək fəaliyyətin səmərəsi daha yüksək ola bilər. Şura sədri onu da qeyd edib ki, ACİ YF, Dünya Bankı, Counterpart İnternational və Azərbaycanda fəaliyyət göstərən digər donorlarla Şuranın yaxın əməkdaşlığı ölkə üçün xüsusi əhəmiyyət kəsb edən sahələr üzrə layihə maliyyələşdirməsini gücləndirir, həm də bəzi layihələrin təkrar maliyyələşdirilməsi hallarını istisna edir. Bundan əlavə, donorlar arası əməkdaşlıqda təcrübə mübadiləsinin də önəmli rol oynadığını qeyd edən A.Quliyev artıq Şura ilə Dünya Bankının müştərək layihələri maliyyələşdirilməyə başladığını deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA