Müsavat Partiyasının bazqanı isa Qəmbərin Türkiyə səfəri təsdiqləndi

img

19-05-2009 [06:02]


Müstəqil İnformasiya Agentliyi (mia.az) ötən gün Müsavat Partiyasının başqanı İsa Qəmbərin Türkiyəyə səfər edəcəyi barədə məlumat yaymışdı. Qeyd olunmuşdu ki, Müsavat başqanının səfəri hansısa səbəbdən ictimaiyyətdən gizli saxlanılır. İ.Qəmbər isə məlumatı təsdiqləməsə də, səfərlə bağlı informasiyanın veriləcəyini deyərək, sualdan yayınmışdı. Amma İsa bəy bu gün Türkiyəyə səfəri barədə məlumatı təsdiqləyib və səfərin məqsədi barədə ?Turan?a açıqlama verib. Müsavat başqanı deyib ki, Cənubi Qafqazla bağlı konfransda iştirak etmək üçün həftənin sonunda İstanbula yola düşəcək. O, beynəlxalq konfransı Almaniyanın ?Fridrix Nauman? Fondunun təşkil etdiyini, tədbirə Avropa dövlətlərinin təmsilçilərinin də qatılacağını bildirib. İsa Qəmbərin sözlərinə görə, konfransın məqsədi Cənubi Qafqazdakı mövcud ictimai-siyasi durum barədə fikir mübadiləsi aparmaq, perspektivi müzakirə etməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA