QHT-lərlə bağlı növbəti narazılıq məhkəmə çəkizmələrinə səbəb olacaq

img

19-05-2009 [03:31]


Prezident Yanında QHT-lərə Dəstək Şurasının elan etdiyi müsabiqədə layihəsi dəstəklənmiş, lakin şuranın verdiyi qrantı ala bilməyən QHT-lərdən biri də ?Həsrət Yolu? Əsir və Girovlara Kömək İctimai Birliyidir. ?Həsrət Yolu? Birliyinin sədri Esmira Orucova Müstəqil İnformasiya Agentliyinə açıqlamasında layihələri barədə məlumat verərək bildirdi ki, böyük bir layihə çox kiçik miqyasa salınıb: ?Artıq ikinci dəfədir ki, bizim ictimai birliyə qarşı ögey münasibət göstərilir. Layihədə əsir və girovluqdan azad olmuş Azərbaycan vətəndaşlarının müxtəlif problemləri ilə bağlı 7 aylıq monitorinq keçirmək, əldə olunan materiallar əsasında məsələni beynəlxalq təşkilatların nəzərinə çatdırmaq üçün ingilisdilli subtitrlərlə sənədli film çəkmək nəzərdə tutulurdu. Filmdə əsasən, girovluqdan qayıdan qadınların problemləri əks olunmalıdır. Mən son vaxtlar münaqişə zonalarında zorakılığa məruz qalmış qadınlarla bağlı bir neçə beynəlxalq təşkilatların keçirdiyi tədbirlərdə iştirak etmişəm. 17 ilə yaxındır ki, biz münaqişə zonasında yaşayırıq. Buna baxmayaraq, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarda münaqişə zonasında zorakılığa məruz qalmış qadınlar haqda yetərincə məlumat yoxdur. Bu tədbirlərdə yalnız xarici modeldə filmlər nümayiş etdirirlər. Əlimizdə bu qədər materiallar olmasına baxmayaraq, maddi imkansızlıq ucbatından bunu beynəlxalq aləmə çatdıra bilmirik. Nə qədər ki, həmin qadınlar həyatdadırlar, mən çox istərdim ki, onlar barədə film çəkilsin. Bəzən onların cəmiyyətdən qaçdığı, başlarına gələnləri danışmaq istəmədikləri də bildirilir. Amma bu, tamamilə yalnışdır?. E.Orucovanın sözlərinə görə, QHT-lərə Dəstək Şurası ilə bağlı məsələdə pul davası yoxdur: ?Burada söhbət böyük layihənin kiçik miqyasa salınmasından gedir. Bu qədər böyük bir layihə 18 min manatdan çox vəsait tələb etdiyi halda, 7 min manat vəsait ayrılır. Şura sədri Azay Quliyev isə mətbuata açıqlamasında narazı olanların apellyasiya komissiyasına müraciət edə biləcəklərini dedi. Mən layihəmə inandığım üçünbelə də etdim. Lakin qərəzli şəkildə layihəyə yenidən baxılması gecikdirildi və bununla da qeydiyyatdan keçməkdə problem yarandı. Buna görə də müvafiq şəxslər məhkəmə qarşısında cavab verəcəklər?. Birlik rəhbərinin dediyinə görə, bu işlərdə məqsəd onu və onun timsalında olan bəzi QHT-ləri cəzalandırmaqdır: ?Ona görə də məsələylə əlaqədar ərazi üzrə məhkəmədən başlayıb Avropa İnsan Haqları Məhkəməsinədək müraciət etmək fikrindəyəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA