incəsənət Gimnaziyası müəmmalı iniforma alverinə bazlayıb

img

19-05-2009 [03:21]


Yeni dərs ilinin başlamasına 4 aydan çox qalmasına baxmayaraq, artıq Respublika İncəsənət Gimnaziyasında uniforma alverinə başlayıblar. Müstəqil İnformasiya Agentliyinə müraciət edən bir qrup valideynin sözlərinə görə, dünən məktəbin direktor müavini Zümrud İmanova sinif otaqlarını gəzərək bütün müəllim və şagirdlərə direktorun qanunsuz göstərişini çatdırıb: ?O, sinif müəllimlərindən şagirdlərin siyahısının tutulmasını və hamının mayın 25-dək Vergilər Nazirliyinin arxa küçəsində yerləşən ?Tom və Jerri? mağazasından məktəbli formalarını almalarını tapşırıb. Əks halda isə sinif müəllimlərinin məzuniyyətə buraxılmayacaqları deyilib?. Valideynlər deyir ki, sinif rəhbərlərini və tərbiyəçiləri çətin vəziyyətdə qoymamaq üçün sözügedən mağazaya getmək məcburiyyətində qalıblar: ?Orada qızlar üçün cəhrayı, oğlanlar üçün yaşıl rəngli qısaqol, iki düyməli göynək, qızlar üçün ətək, oğlanlar üçünsə boz şalvardan ibarət uniformalar satılır. Öyrəndik ki, cəmi 1200 dəst paltarların hamısı gimnaziyanın uşaqları üçün nəzərdə tutulub. Ancaq ölçülər qeyri-standartdır. Təsəvvür edin ki, 1-ci sinif uşaqları üçün satılan paltarları 4-5-ci sinifin uşaqları geyinə bilər. Bir sözlə, 1 və 2-ci sinif uşaqlarının geyiminin necə olacağını soruşduqda, mağazadan ?alın, dərzidə düzəltdirərsiniz? cavabı verilir. Bizə 25 manata satılan paltara əlavə 10-15 manat xərc çəkməyi də məcbur edirlər?. Digər diqqətçəkən məqamlardan biri isə satılan paltarlara görə qəbz verilməməsidir: ?Bu isə vergidən yayınmadan başqa bir şey deyildir. Amma məktəbin direktoru Mahizər Şabanbəyova üçün bunun heç bir önəmi yoxdur. O, həmişəki kimi pulunu qazanmaq istəyir. Öyrənmişik ki, uniformaların satıldığı mağaza da ona məxsusdur. Əgər 1200 şagirdin hər birindən ən azı 25 manat alındığını nəzərə alsaq, o zaman M.Şabanbəyovanın bu əməliyyatdan nə qədər qazanclı çıxdığını da aydınlaşdırmaq olar. Direktorun bu məsələdə xüsusilə maraqlı olmasını təsdiqləyən digər tutarlı fakt isə məktəbin 1200 şagirdinin hamısının siyahısının mağazaya verilməsidir. Kim paltarı alırsa, mağazadakı siyahının qarşısına ?+? işarəsi qoyulur. Direktor bununla həm də satışa nəzarət edir və siyahıya uyğun olaraq müəllim və şagirdlərə təzyiq göstərir?. Valideynlər onu da bildiriblər ki, məktəbli geyimləri millilikdən də uzaqdır. Məsələ ilə bağlı mia.az-a açıqlama verən direktor M.Şabanbəyova isə deyilənlərlə razılaşmır: ?Təhsil Nazirliyinin əmrinə əsasən vahid məktəbli forması olmalıdır. Məktəbli formaları qeyri-standart deyil, formaları Türkiyədən sifariş olunub. Əvvəlki kimi, qara ağ məktəbli geyimlərinə isə Təhsil Nazirliyi öz iradını bildirdi və məktəbli formasının əlvan, yaraşıqlı olmasını tapşırdı. Məktəbli formalarının münasib qiymətdə olması, valideynlər üçün sərfəlidir. Qiymətlər də məhz ölçülərə müvafiq olaraq seçilir. Balaca formaların qiyməti nisbətən aşağı, bir az böyük olan məktəbli formalarında qiymət isə 20 manatdan yuxarıdır. Qiymətlərin fərqi dediyim kimi, ölçülərdən aslıdır. Mağazalarda uşaqların siyahısının olması məhz geyimi alıb-almaması üçündür?. Direktorun dediynə görə, mağazada çekin verilməməsinə isə Vergilər Nazirliyi nəzarət etməlidir: ?Bu, məktəbin səlahiyyətində deyil. Hər bir valideyn məktəbli forması aldığı zaman mütləq çek tələb etməlidir. Valideynlərə rahat olması üçün məhz həmin mağazanın seçmişik, dükanın məktəbə heç bir aidiyyatı yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA