icra bazçısı Aysellə Arazın "Avroviziya"dakı uğuruna kölgə salıb

img

19-05-2009 [01:21]


"Avroviziya" yarışması başa çatsa da, onun söz-söhbəti bitmək bilmir. Artıq Ukraynadan sonra Azərbaycan tərəfi də səslərin sayılmasında müthiş saxtakarlıqların olduğunu iddia etməyə başlayıb. Yarışda Azərbaycanı təmsil edən Aysel Teymurzadənin atası Məhəmməd Teymurzadə bildirib ki, Ayselə göndərilən 2 mindən çox səs sayılsaydı, Azərbaycan yarışda 2-ci yeri tutardı. O, həmin səslərin Zərdab rayonundan olan soydaşlarımızın Rusiyanın Novosibirisk əyalətindən göndərildiyini deyib. Ayselin atası bildirib ki, bu xəbəri ona Zərdabın icra başçısı Lütvəli Babayev məlumat verib. Maraqlı burasıdır ki, faktı L.Babayev də təsdiqləyib və əlavə edib ki, təkcə onun sözügedən əyalətdə yaşayan iki qardaşı 10 min manata yaxın səs göndəriblər: "Bundan əlavə, orada yaşayan hər azərbaycanlı ailəsi orta hesabla 2 min rubl məbləğində səs göndəriblər". Məsələ ilə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən ekspertlərdən biri isə icra başçısının yalan danışdığını deyib: "İcra başçısı deyir ki, təkcə onun iki qardaşı 10 min manatlıq səs göndəriblər. Əvvəla iki adamın bu qədər səs göndərməsi praktik mənada mümkünsüzdür. Çünki səsvermə müddəti cəmi 15 dəqiqə olub. Hər səsin qiyməti isə 50 qəpikdir. 15 dəqiqəyə 10 min manatlıq səs göndərilməsi mümkün deyil. Bunun üçün bir neçə saat belə yetməz. İkincisi və ən əsası isə müsabiqənin şərtləri onu göstərir ki, Lütvəli Babayev tamamilə ağ yalan danışıb. Çünki müsabiqənin şərtinə görə, bir nömrədən yalnız 20 dəfə səs verə bilər. Bundan artıq səslər qeydə alınmır. Üçüncü zənclər isə avtomatik qəbul edilmir. Belə olduğu halda 10 min manatlıq səsi necə göndərə bilərdilər axı?". Ekspert onu da deyib ki, icra başçısı bu açıqlaması ilə həm də Aysel Teymurzadə-Araş cütlüyünün gözəl ifasını şübhə altında qoyub: "Başçının sözlərindən belə anlaşılıb ki, Aysel və Araş cütlüyü ifalarına görə 3-cü yerə çıxmayıb. Yəni Lütvəli Babayev kimi adamlar əvvəldən təlimatlandırılmaqla, SMS-lər yollayıblar. Məncə yuxarıda qeyd etdiyim şərtləri nəzərə alaraq, L.Babayevin açıqlamalarına müsabiqəyə və Aysel-Araş cütlüyünün nailiyyətlərinə kölgə salmaqdan başqa bir ad vermək olmaz". Ekspertin tutarlı dəlilləri ilə bağlı agentliyin əməkdaşı Zərdabın icra başçısı L.Babayevlə danışma bilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA