Müsavatçı gənclər DiN-nin binası qarzısında aksiya keçirmək istəyir

img

18-05-2009 [06:43]


Müsavat Partiyası Gənclər Təşkilatı mayın 23-də Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (mia.az) piketin təşkilatçıları məlumat verib. Artıq təşkilatçılar aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbova məktub ünvanlayıblar. Məktubda qeyd olunur ki, gənclər 23 may saat 13.00-dan 13.30-a qədər DİN-nin yerləşdiyi binanın qarşısında son zamanlar gənclərə, xüsusən də müsavatçı gənclərə qarşı edilən zorakılıq və təqib kampaniyasına və bu zaman polisin fəaliyyətsizliynə qarşı etiraz piketi keçirmək niyyətindədirlər. Piketdə ?Təhlükəsizliyimiz təmin olunsun!?, ?Polis gəncləri qorusun!?, ?Siyasi təqiblərə son qoyulsun!? şüarları səsləndiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA