QAT üzvləri və laçınlılar Laçının izğalının 17-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər

img

18-05-2009 [12:59]


Bu gün Laçın rayonunun işğalının 17-ci ildönümüdür. Bununla bağlı bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) və rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər. Laçın rayon İcra hakimiyyəti başçısı Ramiz Cəbrayılov Xiyabanda ?Şəhidlər Abidə? kompleksinin önünə əklil qoyub, şəhidlərin ruhuna dualar oxunub. R.Cəbrayılov jurnalistlərə açıqlama verib: ?Bizi Laçından 17 il ayırsa da, işğal günü gözlərimiz önündən kino lenti kimi keçir. Laçının işğal olunması həmin dövrdə ölkə rəhbərliyinin yerində olmaması, vəzifənin millətin mənafeyindən yüksək tutulması, xalqa biganə münasibət, ordunun müxtəlif adamlara xidmət etməsi işğala böyük şərait yaradıb. Laçın Qarabağın yeganə qapısı idi, həmin qapını əldən verməklə digər rayonların işğalının əsası qoyuldu?. Xatırladaq ki, Laçın 1992-ci il mayın 17-də ermənilər tərəfindən işğal olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA