Bakı Şəhər Yazıllazdırma idarəsi öz binasında qalacaq

img

18-05-2009 [12:20]


Bakı şəhər Yaşıllaşdırma İdarəsi yerləşdiyi binadan çıxarıla bilər. Bu barədə ?Bakı Xəbər? qəzetinə idarənin aqronomu məlumat verib. Onun sözlərinə görə, ?Nəsimi? bazarının yaxınlığında yerləşən idarənin binası hansısa tikinti şirkətinə satılıb. Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə (mia.az) məlumat verən Bakı Şəhər Yaşıllaşdırma İdarəsinin mətbuat katibi Oqtay Heydərov isə məlumatı təkzib edib: ?Yaşıllaşdırma İdarəsi öz yerində fəaliyyət göstərir. Bu günə kimi necə işləyirdiksə, fəaliyyətimizi elə də davam etdirəcəyik?. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Nuranə Mərdanova da mia.az-a açıqlamasında məlumatı təsdiqləməyib. BŞİH sözçüsü Yaşıllardırma İdarəsinin binası ilə bağlı icra hakimiyyəti ilə hər hansısa bir tikinti şirkəti arasında heç bir anlaşmanın olmadığını deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA