Tətbiqi Tədqiqatlar Fondu layihəsinin təqdimatını keçirib

img

17-05-2009 [07:38]


16 may 2009-cu ildə Tətbiqi Tədqiqatlar Fondu (TTF) Azerbaijan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılan ?Azerbaican Respublikasının ali təhsil sahəsində Boloniya prosesinə qoşulması ilə əlaqədar keçirilən islahatlara dəstək? (layihənin davamı) layihəsinin həyata keçirilməsinin başlanması ilə əlaqədar təqdimat keçirilmişdir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, ictimai həyatın bütün sahələrində Avropaya inteqrasiya edən Azerbaijanın ali təhsil sahəsində Boloniya prosesinə qoşulması hazırkı dövrdə mühüm əhəmiyyətə malikdir və onun vahid ümumavropa təhsil məkanına daxil olaraq ali təhsilli kadrların hazırlanmasında yüksək standartlara nail olmaq, bu sahədə mövcud olan geriliyi aradan qaldıraraq məqsədi daşıyır. Layihənin bundan əvvəlki dövrdə həyata keçirilməsi mərhələsində aparılan tədqiqatlar və geniş müzakirələr məsələnin ciddiliyini, onun əhəmiyyətini, mövcud çətinliklərini bir daha göstərməklə yanaşı bu sahədə vacib gırülməli işləri aşkar etməyə və onları daha məqsədyönlü şəkildə aparmağa imkan yaratmışdır Bu mənada layihənin birinci mərhələsində başlanmış işlərin davam etdirilməsi , maarifləndirmə işinin genişləndirilməsi, tədqiqatların dərinləşdirilməsi günün tələbidir. Layihənin rəhbəri İbrahim Əliyevin çıxışında layihənin yeni mərhələsində görülməsi nəzərdə tutulan işlər, onların istiqamətləri haqqında geniş məlumat verilmiş,qarşıya qoyulan məqsədlərə aydınlıq gətirilmişdir. Qeyd olunmuşdur ki, Tələbələr arasında maarifləndirmə işinin genişləndirilməsinə və onların bu proses ətrafında təşkilatlanaraq öz aktiv mövqelərini ifadə etmələrinə dəstək vermək məsələlərinə xüsusi yer ayrılmışdır. Eyni zamanda layihənin bu mərhələsi çərçivəsində regionjarda yerləşən ali təhsil müəssisələrində maarifləndirmə işinin gücləndirilməsi nızırdə tutulmuşdur. Həyata keçirilən layihənin məqsədı tədqiqatlar vasitəsilə həmin prolemlərin həll olunmasına dəstək vermək, habelə ali məktəb ictimaiyyəti arasında maarifləndirmə isi aparmaq, ali məktəblərin metodik vasitələrlə təmin edilməsiə öz töfhəsini verməkdir. Bunun üçün layihə çərçivəsində Avropada Boloniya prosesinin mahiyyətinin və Azerbaijan ali təhsil mühitinin bu nöqteyi nəzərdən araşdırılması yönümündə tədqiqat aparmaq, tələbə və müəllimlərin bu barədə məlumatlığını artırmaq üçün seminarlar, dəyirmi masalar və digər müzakirələr keçirmək, metodik materiallar çap etmək planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA