216 məktəbdə milli qiymətləndirmə tədqiqatı aparılacaq

img

16-05-2009 [03:50]


Təhsil Nazirliyi Bakı şəhərinin, Abşeron və Qobustan rayonlarının seçilmiş məktəblərində milli qiymətləndirmə tədqiqatlarına başlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə Müstəqil İnformasiya Agentliyinə bildirib ki, milli qiymətləndirmə tədqiqatı ölkənin 52 bölgəsində 216 ibtidai, əsas və orta məktəb seçilib. Tədqiqat hər birində 30 şagird olmaqla IV və XI siniflərində aparılır. Sözügedən tədbir zamanı şagirdlərin bilik və bacarıqları ana dili və riyaziyyat fənləri üzrə yoxlanılır. Nazirliyin mətbuat xidmətindən onu da bildiriblər ki, milli qiymətləndirmədə yalnız şagirdin bilik səviyyəsi deyil, həmçinin ona təsir edən amillər öyrənildiyindən şagirdlər, məktəb direktorları, valideynlər və müəllimlər üçün anket sorğuları da hazırlanıb. Milli qiymətləndirmə tədqiqatı mayın 28-də yekunlaşacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA