Xəstəxanalarda qaydalar sərtləzdiriləcək

img

16-05-2009 [03:47]


Dövlət və özəl xəstəxanalarda reanimasiya otaqlarının və xəstələr yerləşdirilən palataların qapısına ?kənar şəxslərin girişi qadağandır? elanını səhiyyə ocaqlarına yolu düşən hər kəs görüb. Amma bu elanda yazılan tələblərə əməl olunurmu? Müşahidələr göstərir ki, bütün xəstəxanalarda tibb bacıları və qapıçılar xəstələrin yaxınlarından pul almaqla onları nəinki palatalara, hətta reanimasiya otaqlarına da buraxırlar. Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsindən də Müstəqil İnformasiya Agentliyinə xəstəxanalarda kənar şəxslərin nəyinsə müqabilində palata və reanimasiya otaqlarına buraxılması hallarının olduğunu təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, həmin problem bir müddət öncə səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən kollegiya iclasında da müzakirə olunub. Ondan sonra nazirin göstərişi ilə bütün xəstəxanaların baş həkimlərinə tapşırılıb ki, tibb müəssisələrində qaydalar sərtləşdirilsin, xəstələrin yaxınları palata və reanimasiya otaqlarına buraxılmasın. Nazirin bu göstərişinə əməl olunub-olunmayacağını zaman göstərəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA